ƏSƏD İBN ZÜRARƏ

(1/623-cü ildə vəfat etmişdir) – Məhəmməd peyğəmbərin səhabələrindən biri olmuş, Mədinədə İslamın yayılmasında böyük xidmətləri olmuş insanlardan biridir. O, Xəzrəc qəbiləsindən idi. Əsəd hələ Məhəmmədin peyğəmbərliyindən öncə bütlərə tapınmaqdan imtina etmiş, İbrahim peyğəmbərin dininin (hənifliyin) davamçısı olmuşdur. Sonra o, Mədinənin ilk müsəlmanlarından olmuş, Məhəmməd peyğəmbərlə Məkkədə görüşmüş, Əqəbə beyətində isə ona sadiqlik andını içmişdir. Əsəd Mədinədə ilk İslam dinini yayanlardan biri kimi çətinliklərlə qarşılaşıb, Məhəmməd peyğəmbərdən bu şəhərə öz təmsilçisini göndərməsini xahiş etmişdir. O da oraya Müsab ibn Ümeyri göndərmişdir. Əsəd onunla birlikdə Xəzrəc və Evs qəbilələrini İslamı qəbul etməyə dəvət etmişdir. Əsədin evi Mədinədə müsəlmanların qərargahına çevrilmişdir. Məhəmməd peyğəmbərin Mədinəyə hicrət etməsindən az sonra Bədr döyüşündən öncə xəstələnən Əsəd vəfat etmişdir.
ƏRŞ
ƏSƏD İBN ZÜRARƏ ƏSHABÜL-HƏDİS
OBASTAN VİKİ
Əsəd ibn Zürarə
Əsəd ibn Zürarə (ərəb. أسعد بن زرارة‎ Əs'əd ibn Zürarə; v. 623, Mədinə) — Məhəmməd peyğəmbərin səhabələrindən biri. İslamın Mədinədə yayılmasında böyük rol oynamışdır. Xəzrəc qəbiləsindəndir. Məhəmməd peyğəmbərlik verilməsindən əvvəl o, bütpərəstlikdən əl çəkmiş və İbrahim tövhidinin (Hənif) davamçısına çevrilmişdir. Əsəd Məkkədə Məhəmməd peyğəmbərlə görüşür və Mədinənin İslamı qəbul edən ilk insanlardan biri olur. O, Əqəbə beyətində iştirak etmişdir. Xəzrəc və Övs qəbilələri arasında təbliğat apararkən müəyyən çətinliklərlə üzləşir və Peyğəmbərdən öz nümayəndəsini onların yanına göndərməsini istəyir. Cavab olaraq Məhəmməd Müsəb ibn Ümeyri Mədinəyə göndəyir.
Zürarə ibn Əyun
Zürarə ibn Əyun əş-Şeybani əl-Kufi (ər:زرارة بن اعين الشيباني الكوفي4 M 699/700, HQ 80—M 767/768, HQ 150) – İmam Baqir və imam Cəfər Sadiqin səhabəsi. Zürarə ibn Əyun HQ 80-ci ildə İraqın Kufə şəhərində dünyaya gəlmişdir. O cəfərilərin 5-ci imamı imam Məhəmməd Baqir və 6-cı imamı imam Cəfər əs-Sadiqin ən məşhur səhabələrindən biri sayılır. Zürarə bu imamlardan çoxlu hədislər rəvayət etmişdir. Onun əcdadları Bizans imperiyasının ərazisində yaşayırdılar. Zürarənin atası Əyun Bəni-Şeyban tayfası tərəfindən qul edilmişdi, lakin daha sonradan Quranı əzbər öyrəndiyi üçün azad buraxılmışdır. Şeyx Tusi yazır: “Əyunun nəslindən gələnlər məşhur şiə ailələrindən birinə mənsub idilər. Onlar özlərindən sonra məsum imamlardan əlyazma şəklində çoxlu hədislər qoymuşdular.” Nəcaşi Zürarəni xarakterizə edərək belə yazır: “O imamların zamanında yaşamış böyük səhabə idi. O Quran qarisi, fəqih, mütəkəllim, şair və ərəb dilinin bilicisi olmuşdu. Bütün müsbət keyfiyyətlər onda cəmləşmişdi.
Əsəd ibn Yezid
Əsəd ibn Yəzid — Ərəb Xilafətinin Ərməniyyə hakimi, Yəzid ibn Məzyədin oğlu, ilk Şirvanşah I Heysamın əmisi. Atasının Ərməniyyə əmiri olduğu dövrlərdə özü Mosul hakimi idi. 801-ci ildə atasının ölümündən sonra Ərməniyyə hakimi təyin olunmuş, lakin daha sonra bu vəzifə əlindən alınaraq qardaşı Məhəmməd ibn Yezidə verilmişdir. Xəlifə əl-Amin dövründə, 810-cu illərdə yenidən Ərməniyyə hakimi təyin olunmuş, bu postda Xuzeyma ibn Kazımı əvəz etmişdir. O burada Yəhya ibn Səid və İsmail ibn Şüeybin üsyanını yatırmaqla məşğul olmuş, daha sonra onları həbs etmişdir. Lakin onları bağışlaması bu vəzifədən qovulmasına səbəb olmuşdur.
Əsəd ibn Yəzid
Əsəd ibn Yəzid — Ərəb Xilafətinin Ərməniyyə hakimi, Yəzid ibn Məzyədin oğlu, ilk Şirvanşah I Heysamın əmisi. Atasının Ərməniyyə əmiri olduğu dövrlərdə özü Mosul hakimi idi. 801-ci ildə atasının ölümündən sonra Ərməniyyə hakimi təyin olunmuş, lakin daha sonra bu vəzifə əlindən alınaraq qardaşı Məhəmməd ibn Yezidə verilmişdir. Xəlifə əl-Amin dövründə, 810-cu illərdə yenidən Ərməniyyə hakimi təyin olunmuş, bu postda Xuzeyma ibn Kazımı əvəz etmişdir. O burada Yəhya ibn Səid və İsmail ibn Şüeybin üsyanını yatırmaqla məşğul olmuş, daha sonra onları həbs etmişdir. Lakin onları bağışlaması bu vəzifədən qovulmasına səbəb olmuşdur.
Əsəd ibn Zurara
Əsəd ibn Zürarə (ərəb. أسعد بن زرارة‎ Əs'əd ibn Zürarə; v. 623, Mədinə) — Məhəmməd peyğəmbərin səhabələrindən biri. İslamın Mədinədə yayılmasında böyük rol oynamışdır. Xəzrəc qəbiləsindəndir. Məhəmməd peyğəmbərlik verilməsindən əvvəl o, bütpərəstlikdən əl çəkmiş və İbrahim tövhidinin (Hənif) davamçısına çevrilmişdir. Əsəd Məkkədə Məhəmməd peyğəmbərlə görüşür və Mədinənin İslamı qəbul edən ilk insanlardan biri olur. O, Əqəbə beyətində iştirak etmişdir. Xəzrəc və Övs qəbilələri arasında təbliğat apararkən müəyyən çətinliklərlə üzləşir və Peyğəmbərdən öz nümayəndəsini onların yanına göndərməsini istəyir. Cavab olaraq Məhəmməd Müsəb ibn Ümeyri Mədinəyə göndəyir.
Xuveylid ibn Əsəd
Xuveylid ibn Əsəd (ərəb. خويلد بن أسد‎) — ərəb Qureyş qəbiləsinin üzvü və İslam peyğəmbəri Məhəmmədin xanımı Xədicənin atası. O, Əsəd ibn Əbdülüzzanın oğlu idi və onun babası ilə (Əbdülüzza ibn Qusay) Əbdülmütəllib ibn Haşimin babası (Əbdmanaf ibn Qusay) qardaş idilər. Xuveylid, Qureyşin Əmir ibn Luayy qəbiləsinin üzvü və Məhəmmədin anası Əminə bint Vəhbinin üçüncü əmisi qızı olan Fatimə binti Zaidə ilə evləndi. Onların övladlarından bəziləri erkən İslam tarixində görkəmli şəxslər olacaqdı, məsələn: Əvvam ibn Xuveylid Halə binti Xuveylid Xədicə binti Xuveylid Hizam ibn Xuveylid Başqa bir evlilikdən Nofəl ibn Xuveylid adlı bir oğlu vardı. O, zəngin tacir, böyük sərvəti və işgüzar istedadı Xədicəyə miras qalmış uğurlu bir iş adamı idi. Xədicə ailənin sərvətini idarə etməkdə onun yerini aldı. O, eramızın 600-cü ilində Ficar döyüşündən əvvəl Hərb əl-ficar ("küfr müharibəsi") zamanı vəfat etmişdir.
Əsəd ibn Əbdülüzza
Əsəd ibn Əbdülüzza (ərəb. أسد بن عبدالعزى‎) — Qusay ibn Kilabın nəvəsi və İslam peyğəmbəri Məhəmmədin ana tərəfdən ulu babası. O, Əbdülüzza ibn Qusayın oğlu idi. Məhəmmədin anası Aminə binti Vəhbin anası olan Bərrah bint Əbdülüzzanın anası olan Ümmü Həbib bint Əsədin atası idi. O, Məhəmmədin ilk xanımı Xədicə binti Xuveylidin atası Xuveylid ibn Əsədin atası idi. Beləliklə, Məhəmməd və Xədicənin Əsəd nəslindən olduğuna görə birinci dərəcədən iki qat əmiuşağları idi. O vaxt nəfiz adında kimsə də vardı. Məhəmməd — Əsəd ibn Əbdülüzzanın qızı Ümmü Həbib bint Əsədin qızı Bərrah bint Əbdülüzzanın qızı Əminə binti Vəhb oğlu Xədicə binti Xuveylid — Əsəd ibn Əbdülüzzanın oğlu Xuveylid ibn Əsədin qızı Əsədi qəbiləsinin mühüm üzvü Zübeyr ibn Əvvamın nəslindən olan Zübeyrilər qolu, ikinci erkən İslam vətəndaş müharibəsi olan İkinci Fitnə zamanı mühüm bir qrup idi. Müaviyənin oğlu Yezidi öz canişini elan etdikdən sonra Zübeyrin oğlu Abdullah 676-cı ildə Yezidi xəlifə kimi tanımaqdan imtina etdi. 683-cü ildə Abdullah Məkkəyə nəzarəti ələ keçirdi və bir dövlət qurdu.
Əsəd
Əsəd — kişi adı. Əsəd Oktay — Türkiyə Böyük Millət Məclisinin deputatı. Əsəd Qeysər — Əsəd Saqay — Əsəd Əsədli — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Əsəd İsgəndərov — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.
Hənzələ ibn Əsəd əl-Şibami
Hənzələ ibn Əsəd əl-Şibami (ərəb. حَنْظَلَة بن أسعَد الشِبامی‎) və ya əl-Şami (الشامی) — Kərbəla döyüşü zamanı şəhid olan Hüseyn ibn Əlinin səhabələrindən biri. == Adı ilə bağlı fikir ayrılığı == Onun adı mənbələrdə bəzi fərqliliklərlə çəkilmişdir. Əş-Şeyx ət-Tusi Hüseyn ibn Əlinin səhabələri siyahısında onu Hənzələ ibn Əsəd əl-Şibami kimi qeyd edir. Digər mətnlərdə isə atasının adı Səd kimi qeyd olunur. İbn Şəhrəşub “Səd ibn Hənzələ” adlı bir şəxsi Kərbəla Şəhidləri kimi qeyd edir. Bununla belə, ət-Tustari onun adının Hənzələ ibn Əsəd əş-Şibami olduğuna inanır. == Aşura günü == Hənzələ Hüseyn ibn Əlidən Quranin Mumin surəsi"nin 30-33-cü ayələrini Kufə ordusuna oxumaq üçün icazə istədi: "Ey qövmüm! Həqiqətən, mən sizin üçün firqələrin günü kimi (bir gündən) qorxuram. Nuh qövmü, Ad və Səmud qövmləri və onlardan sonra gələnlər və Allah (Öz qullarına) zülm etmək istəməz.
Hənzələ ibn Əsəd əş-Şibami
Hənzələ ibn Əsəd əl-Şibami (ərəb. حَنْظَلَة بن أسعَد الشِبامی‎) və ya əl-Şami (الشامی) — Kərbəla döyüşü zamanı şəhid olan Hüseyn ibn Əlinin səhabələrindən biri. == Adı ilə bağlı fikir ayrılığı == Onun adı mənbələrdə bəzi fərqliliklərlə çəkilmişdir. Əş-Şeyx ət-Tusi Hüseyn ibn Əlinin səhabələri siyahısında onu Hənzələ ibn Əsəd əl-Şibami kimi qeyd edir. Digər mətnlərdə isə atasının adı Səd kimi qeyd olunur. İbn Şəhrəşub “Səd ibn Hənzələ” adlı bir şəxsi Kərbəla Şəhidləri kimi qeyd edir. Bununla belə, ət-Tustari onun adının Hənzələ ibn Əsəd əş-Şibami olduğuna inanır. == Aşura günü == Hənzələ Hüseyn ibn Əlidən Quranin Mumin surəsi"nin 30-33-cü ayələrini Kufə ordusuna oxumaq üçün icazə istədi: "Ey qövmüm! Həqiqətən, mən sizin üçün firqələrin günü kimi (bir gündən) qorxuram. Nuh qövmü, Ad və Səmud qövmləri və onlardan sonra gələnlər və Allah (Öz qullarına) zülm etmək istəməz.
Hafiz Əsəd
Hafiz Əsəd (ərəb. حافظ الأسد‎; 6 oktyabr 1930[…], Qərdahə[d], Fransız Suriya və Livan mandatlığı[d] – 10 iyun 2000[…], Dəməşq) — Suriyanın hərbi, siyasi və dövlət xadimi, Suriyanın müdafiə naziri (1966–1972), Suriyanın baş naziri (1970–1971), Suriya prezidenti (1971–2000), general. == Həyatı == 1930-cu ildə anadan olmuşdur. 1970–1971-ci ildə Suriya dövlətində baş nazir, 1971–2000-ci illərdə Suriya Prezidenti olmuşdur. 2000-ci ildə vəfat etmişdir. == Ailəsi == Bəşər Əsədin atasıdır.
Mahir Əsəd
Mahir Əsəd, (Ərəbcə: ماهر الأسد‎, d. 8 dekabr 1967) — Suriya prezidenti Bəşər Əsədin qardaşı, general-mayor. == Həyatı == Mahir Əsəd 8 dekabr 1967-ci ildə Suriyanın paytaxtı Dəməşqdə, Hafiz Əsədin ailəsində dünyaya gəldi. İki yaşı tamam olanda atası Suriyanın prezidenti oldu. Digər qardaş-bacıları ilə birlikdə xalq nəzərindən uzaq şəkildə yetişdirildi. Mahir Suriya Azadlıq məktəbində və Dəməşq universitetində oxudu. Respublika Mühafizləri və Dördüncü Zirehli Dviziya adlı əsgəri birliklərin komandanıdır., Suriyada fəaliyyət göstərən gizli polis və xəfiyyə idarəsinin rəhbəridir. Suriyada Bəşər Əsəddən sonra ən hörmətli şəxsdir.
Məcd Əsəd
Məcd Hafiz əl-Əsəd (ərəb. مجد حافظ الأسد‎; 1966, Laziqiyyə – 12 dekabr 2009, Dəməşq) — Suriyanın keçmiş lideri Hafiz Əsədin ortancıl oğlu. Məcd Əsəd 1966-cı ildə doğulub. O, Suriyanın hazırkı lideri olan Bəşər Əsədin kiçik qardaşıdır. Suriyada elektrik mühəndisi olaraq çalışan Məcd Əsəd ağır baş ağrısı və zehni sağlamlıq problemləri ilə mübarizə aparırdı. 2009-cu ildə davam edən xəstəliklərinə görə 43 yaşında Dəməşqdə öldü. Suriyalı ərəb arvadı Ru'a Ayyoub (1976-cı il təvəllüdlü) ilə evlidir və övladı yoxdur. Məcd Əsəd 12 dekabr 2009-cu ildə, Şamda 43 yaşında çəkdiyi ruhi xəstəliklər səbəbindən vəfat etmişdir.
Məcid Əsəd
Məcd Hafiz əl-Əsəd (ərəb. مجد حافظ الأسد‎; 1966, Laziqiyyə – 12 dekabr 2009, Dəməşq) — Suriyanın keçmiş lideri Hafiz Əsədin ortancıl oğlu. Məcd Əsəd 1966-cı ildə doğulub. O, Suriyanın hazırkı lideri olan Bəşər Əsədin kiçik qardaşıdır. Suriyada elektrik mühəndisi olaraq çalışan Məcd Əsəd ağır baş ağrısı və zehni sağlamlıq problemləri ilə mübarizə aparırdı. 2009-cu ildə davam edən xəstəliklərinə görə 43 yaşında Dəməşqdə öldü. Suriyalı ərəb arvadı Ru'a Ayyoub (1976-cı il təvəllüdlü) ilə evlidir və övladı yoxdur. Məcd Əsəd 12 dekabr 2009-cu ildə, Şamda 43 yaşında çəkdiyi ruhi xəstəliklər səbəbindən vəfat etmişdir.
Məhəmməd Əsəd
Məhəmməd Əsəd(əsl adı Leopold Vays, alm. Leopold Weiss‎; 2 iyul 1900[…], Lvov, Sisleytaniya – 23 fevral 1992 və ya 20 fevral 1992) — jurnalist. 1900-cü ildə Avstriya-Macarıstan imperiyasının tərkibində olan Qalisiya əyalətinin mərkəzi Lvov (Lemberq) şəhərində dünyaya gələn yəhudi əsilli Leopold Vays gənc yaşlarında Fələstində yaşayan qohumlarına baş çəkir, bu zaman İslam dünyası və müsəlmanların həyatı ilə yaxından tanış olur. İslam dini ilə dərindən maraqlanan köhnə aqnostik L. Vays 26 yaşında İslamı qəbul edir və özünə Məhəmməd Əsəd adını verir. Məhəmməd Əsəd uzun illər Səudiyyə Ərəbistanının kralı İbn Səudun məsləhətçisi, 1949–52-ci illərdə isə Pakistanın BMT-də nümayəndəsi olmuş, hər iki ölkənin konstitusiyasının hazırlanmasında yaxından iştirak etmişdir. Daim islahatlar tərəfdarı olan Məhəmməd Əsəd islam dünyagörüşü, hüquq və fəlsəfəsi haqqında çoxlu kitabın müəllifidir. Qurani-Kərimin Məhəmməd Əsəd tərəfindən ingilis dilinə izahlı tərcüməsi bütün dünyada standart kimi qəbul edilir. Dünya səyahətçisi, tərcüməçi, diplomat, dinşünas, mütəfəkkir və politoloq Məhəmməd Əsəd dinlərarası dialoqun inkişaf etdirilməsinə, Qərb dünyasında İslam dini ilə bağlı obyektiv fikrin formalaşmasına verdiyi töhfələrə görə yüksək qiymətləndirilir.
Riyad Əsəd
Riyad Musa Əsəd (ərəb. رياض موسى الأسعد‎‎; 1961, İdlib) — Suriya Hərbi Hava Qüvvələrinin keçmiş polkovniki, Azad Suriya Ordusunun keçmiş hərbi komandiri. Riyad Əsədin sıra ailə üzvü Suriya hökuməti tərəfindən edam edilmişdir. Riyad Əsəd 2011-ci ilin mart ayında Suriyada vətəndaş müharibəsinin başlamasından sonra 4 iyul 2011-ci il tarixində Suriya Hərbi Hava Qüvvələrindən istefa etdiyini elan edir. O, Azad Zabitlər Hərəkatına qoşularaq fərarilik edir. Əsəd digər fərarilər ilə birlikdə 29 iyul 2011-ci il tarixində Bəşər Əsəd hökumətini devirmək üçün qiyamçı bir müharibə aparmaq niyyəti ilə Azad Suriya Ordusunun (ASO) qurulduğunu elan edir. Əsəd Suriya Prezidenti Bəşər Əsəd üçün sürgün həllinə qarşı çıxır və hökuməti devrilənə qədər mübarizə aparmağı arzu edir. Əsəd BMT-nin hərbi müşahidəçiləri Suriyaya daxil olduqdan sonra Suriya üzrə Kofi Annan sülh planına sadiq qalaraq bütün qüvvələr üçün atəşkəs elan edir. Ancaq bir neçə gündən sonra üsyançıların rəhbərlik etdiyi hücumların davam etdiyi yenidən elan edir, səbəb kimi də Bəşər Əsəd hökuməti ona vəd edilənin əksinə, barışığa getməmməyini göstərir. Əsəd 8 dekabr 2012-ci il tarixində Türkiyənin Antalya şəhərində Azad Suriya Ordusunun hərbi komandiri olaraq briqadir Səlim İdris ilə əvəz edilir.
Sərdar Əsəd
Sərdar Əsəd (1858-1917) – Bəxtiyari elinin rəislərindən biri idi. Məşrutəçilərə qoşulub, Məhəmmədəli şahın əleyhinə mübarizə aparmışdır. Bəxtiyarilər Lily Sardarian Bakhtiari, Bakhtiaris and the Constitutional Revolution (A Summary): [1]. Bakhtiaris and the Constitution — Photographs: [2]. Genealogy of the Haft Lang branch of the Bakhtiaris: [3]. Bakhtiaris, Official Website: [4] Arxivləşdirilib 2014-06-24 at the Wayback Machine.
Tifil Əsəd
Tifil Əsəd, Şair Əsəd, Miskin Əsəd — Azərbaycan şairi, aşığı. Miskin Əsəd 1883-cü ildə Xiyov şəhərinin (Meşgin) Hasar kəndində bir ruhani ailəsində dünyaya gəlmişdir. İlk təhsilini atasının məktəbində bitirib. Türk, ərəb və fars dillərini öyrənib. Miskin Əsəd uşaq ikən bütün çətinlikləri yaşayıb. 1903-ci ildə iki qardaşı ilə birlikdə Bakıya gəlirlər. Əsəd burada mühacir həyatı yaşayır, əvvələr neft quyularında işləyir. Daha sonra Şəmkir bölgəsinə gedir, orda Aşıq Hümmətlə tanış olur. Bu hadisə onu aşıq ədəbiyatına doğru çəkir. Aşıq Əsəd sonralar Aşıq Ələsgərlə (1821-1926) və Aşıq Hüseyn Bozalqanlı ilə də tanış olur.
Əsma Əsəd
Əsma əl-Əsəd — (ərəb. أسماء الأسد‎; qızlıq soyadı — Əsma Fəvvaz əl-Əxrəs أسماء فوّاز الأخرس; d. 11 avqust 1975, Akton[d], Böyük London) — Suriyanın birinci xanımı, prezident Bəşşar əl-Əsədin həyat yoldaşı. Əsma Fəvvaz əl-Əxrəs adıyla 11 avqust 1975-ci ildə Britaniyanın paytaxtı Londonda dünyaya gəlibdir. Əsma Əsəd, Londonun Kromuell Xəstəxanasının məsləhətçi kardioloqu Fəvvaz Əxrəs və təqaüddə olan diplomat Səhər Otrinin qızıdır. Valideynləri sünni, Suriya mənşəli və əslən Homsdandırlar. O, Londonda qızlar məktəbini bitirb və London Kral Kollecində informatika elmində və franssız ədəbiyyatı sahəsində təhsil alıb. Universitetdən sonra Deutsche Bankda Avropadan və Uzaq Şərqdən olan müştərilərlə sığorta şöbəsində işləyirdi. 1998-ci ildə J. P. Morgan kompaniyasında biotexnoloji və əczaçılıq şirkətlərinin birləşməsində və hopdurmalarında ixtisaslaşaraq, fəaliyyətə başlayıb. Əsma Suriyaya 2000-ci ilin noyabr ayında qayıtmışdı və dekabrda Bəşər Əsədə ərə getmişdi.
Əsəd Dilbazov
Dilbazov Əsəd Kamil ağa oğlu (12 yanvar 1926, Qazax rayonu – 21 iyul 2003, Bakı) — İqtisad elmləri doktoru, professor, Azərbaycan Dövlət İqtisad Universitetinin Xalq təsərrüfatının iqtisadiyyatı və planlaşdırılması fakültəsinin dekanı (1975–1980), Şöhrət ordeni laureatı. Mənsub olduğu Dilbazilər nəslindən çıxan ən hörmətli və nüfuzlu şəxslərdən biri olmaqla, Əsəd Kamil ağa oğlu Dilbazov Azərbaycanın tarix və iqtisad elmində adı vəfatından sonra da ehtiramla çəkilən bir adamdır. Tarixçi və iqtisadçı elm adamları onu iqtisad və tarix sahəsində Azərbaycan eLminə əhəmiyyətli töhfələr vermiş, öz xalqının, öz ölkəsinin sosial-iqtisadi, mədəni-məişət problemiərinə həssaslıqla yanaşmağı bacaran bir alim kimi qiymət verir, yad edirlər.Ali məktəb mühitində öz sağlam zəkası, mühakimə qabiliyyəti və təfəkkür dərinliyinə malik birziyalı, görkəmli alim və pedaqoq, bacarıqlı ali məktəb təşkilatçısı kimi tanınan iqtisad elmləri doktoru, professor Əsəd Dilbazov 1926-cı il yanvarın 12-də Qazax mahalının qədim Xanlıqlar kəndində sovetləşmədən sonra öz səksə- kəli həyatını yaşayan bir bəy ailəsində anadan olmuşdu. Beş yaşında ikən — 1931-ci ilin fevralında ailənin və qohumların başına gələn fəlakətin ağırlığını 5 il sürən Qazaxıstan sürgünündə dərk etmişdi. Ailə 1936-cı ildə sürgündən qayıdanda artıq 10 yaşını keçmişdi və hər şeyi yaxşı dərk edirdi. Ata sürgün yerində bu müdhiş məşəqqətlərə dözməyib vəfat etmişdi.Ailənin azyaşlı övladı Səmayə də orada tələf olmuşdu. Qazaxıstanın qızmar çöllərindən bu iki qardaş Əsəd və Ağalar Qazağa anaları Gövhər xanımla qayıtmışdılar. Əsəd Dilbazov 1947-ci ildə Azərbaycan Pedaqoji İnstitutunun tarix fakültəsini "orta məktəb tarix müəllimi" ixtisası üzrə fərqlənmə diplomu ilə başa vurur. Üstəlik 1947-ci ilin martında artıq Kommunist Partiyasına üzv ola bilmişdi. Anketin ictimai mənşə qrafasında "kəndli ailəsində" doğulduğunu göstərmişdir.Ali məktəbi bitirdiyi il onun elmə olan həvəsni,hazlığını və əlbəttə,partiyalığını nəzərə alaraq aspiranturada saxlamışdılar.Elə həmin tarixçə ali məktəblərdə onun uzun sürən-56 illik elmi həyatının baçlanğıc nöqtəsi sayıla bilər.Onun APİ-nin SSRİ tarixi kafedrasında "aspirantura dövrü" 1947-ci il oktyabrın 1-dən 1950-ci il oktyabrın 1 göstərilir.
Əsəd Həsənov
Əsəd Oktay
Doktor Əsəd Oktay, Əsəd bəy Oktay və ya Əsəd bəy Hacıyev (1885, Zinzal[d], Qafqaz diyarı – 25 iyun 1972) — Türkiyə Böyük Millət Məclisinin VII, VIII, IX çağırış millət vəkili, Cənub-Qərbi Qafqaz Cümhuriyyəti Parlamentinin sədri. Əsəd bəy Ərdəhanın Çıldır bölgəsində yerləşən Zinzal kəndində anadan olmuşdur. Moskva Universiteti tibb fakültəsinin məzunudur. Daxili xəstəliklər üzərinə mütəxəssisdir. Oltu, Qars və Bakı xəstəxanalarında həkim olaraq çalışmışdır. Əsəd bəy Qars Bələdiyyə həkimi, Qars Məmləkət Xəstəxanası daxili xəstəliklər mütəxəssisi və başhəkimi olaraq da çalışmışdır. Hökumət təbibliyi də etmişdir. Əsəd bəy 25 iyun 1972-ci ildə 82 yaşında vəfat etmişdir. Əsəd bəy özü haqqında belə yazmışdır: Evli olmuşdur, 7 uşağı var idi. 7 yanvar 1919-cu ildə İkinci Ardahan Konqresi keçirilmişdir.
Əsəd Qarayev
Qarayev Əsəd Həsənəli oğlu (1884, Qarğabazar, Cəbrayıl qəzası – 11 yanvar 1938, Bakı)-nazir, dövlət xadimi Əsəd Həsənəli oğlu 1884-cü ildə Cəbrayıl qəzasının Qarğabazar kəndində doğulmuşdu. Kənd məktəbini bitirmişdi. Sonra partiya məktəbində oxumuşdu. Qaryagin və Kürdüstan qəza komitəsinin sədri, Azərbaycan torpaq komissarı işləmişdi. Əsəd Qarayev Zaqafqaziya MIK-nin üzvü idi. Əsəd Qarayev 7 dekabr 1937-ci ildə tutulub. 1 yanvar 1938-ci ildə repressiyaya uğrayıb. Əsəd Qarayev Sitarə Hüseyn qızı ilə ailə qurmuşdu. Rafiq adlı oglu, Şəfiqə adlı qızı vardı. Караев А. Г. Национальной вопрос.
Əsəd Qaraqaplan
Əsəd Əliyev
Əsəd Əliyev (23 may 1970) — Azərbaycanı təmsil edən yunan-roma güləşçisi. Əsəd Əliyev 1993-cü ildə İstanbul şəhərində baş tutan Avropa Çempionatında mübarizə apardı. Turnirin final görüşündə Rusiya nümayəndəsi Beslan Tsaqiyeva məğlub olan Əsəd Əliyev Avropa Çempionatının gümüş medalına sahib oldu. 1994-cü ildə Yunanıstanın Afina şəhərində baş tutan Avropa Çempionatını isə Əsəd Əliyev 18-ci pillədə başa vurdu. Daha sonra Əsəd Əliyev 1995-ci ildə Bezanson şəhərində (Fransa) Avropa Çempionatını 14-cü, Praqa şəhərində (Çexiya) Dünya Çempionatını isə 22-ci pillədə başa vurdu. 1996-cı ildə Budapeşt şəhərində (Macarıstan) baş tutan Avropa Çempionatını 15-ci, 1997-ci ildə Kouvola şəhərində (Finlandiya) baş tutan Avropa Çempionatını isə 12-ci pillədə başa vuran Əsəd Əliyev, 1997-ci ildə idmanla vidalaşdı.